Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     

    İctimai və humanitar elmlər


A B C Ç D E Ə F G H İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

Süleymanov Mehman : Azərbaycanın hərb tarixi. Sovet dövrü
Kitabda 1920-1922-ci illər ərzində ordu quruculuğu istiqamətində görülən işlərdən, Azərbaycanda ordu quruculuğunun yeni bir mərhələsinin oyrənilməsi, yeni rejimin qarşıya qoyduğu məqsədlər və həmin məqsədlərin ordu quruculuğunda necə əksini tapmasından bəhs olunur.
Qurbani Abdulla : Çağrışa hazıram
Çağrışaqədər və çağrışçı gənclər üçün yazılmış bu kitab Silahlı Qüvvələrimizin sabahkı döyüşçülərinin hazırlanmasında və təlimatlandırılmasında mühüm rol oynayacaqdır.
Qurbani Abdulla : Cəbhə bölgəsi
Kitabda cəbhə bölgəsinin spesfik xüsusiyyətləri, əsgər və zabitlərin həyatı, məişəti, döyüş hazırlığı, rəşadət və şücaətləri tərənnüm edilir.
Qurbani Abdulla : Çilov adası da səngərdir
Kitabda Xəzərin qoynunda yerləşən Çilov adasının tarixindən, etnoqrafiyasından, qəhrəman oğullarından, eləcə də adada məskunlaşmış insanların həyatından, 28 May adına Neft və Qazçıxarma İdarəsi neftçilərinin və Abşeron rayon dəniz- neft donanması işçilərinin gərgin və şərəfli əməyindən obrazlı şəkildə söhbət açılır.
Ocaqov Həbib, Hacımətov Qayıbəli : Fövqəladə halların monitorinqi və proqnozu
Kitabda əsasən fövqəladə halların proqnozlaşdırılması məsələlərinin ümumi prinsipləri və xüsusiyyətləri araşdırılmış, proqnozlaşdırmanın məqsədi, tətbiq sahələri geniş şərh olunmuşdur.
Şahmar Elbrus (toplayan) : General Arif Heydərov
Kitab Azərbaycanın görkəmli dövlət xadimi, 1970-1978-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər naziri işləmiş, məharətli, operativ işçi general- leytenant Arif Nəzər oğlu Heydərovun anadan olmasının 70 illiyinə ithaf olunur.
Qurbani Abdulla : Generalın yubileyi (Qusar -1998)
Kitabda Azərbaycan Respublikası Prezidentinin 22 avqust 1998-ci il tarixli sərəncamına və Müdafiə Nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən 25-26 sentyabr 1998-ci il tarixlərdə Qusar rayonunda keçirilən görkəmli hərbi xadim, general- mayor Mahmud Əbilovun anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimlərindən bəhs olunur.
Qurbani Abdulla : Gəzdim Naxçıvanı mən səngər-səngər
"Qızıl qələm" mükafatı laureatı Abdulla Qurbani XX əsrin sonlarında yazdığı bu kitabı XXI əsr oxucusuna ərməğan edir. Kitabda Azərbaycanin ayrılmaz hissəsi olan Naxçıvanın tarixinə çıraq tutulur, qədim diyarın yetirdiyi böyük sərkərdələrdən, qəhrəmanlardan və bu gün Muxtar Respublikanın keşiyində duran mübariz Vətən əsgərlərinin şərəfli həyatından və igidliyindən bəhs edilir.
Əliyev Natiq : Heydər Əliyev fenomeni və ordu quruculuğu
Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyəti dövründə Azərbaycanın hərtərəfli inkişafından, eyni zamanda Azərbaycanda ordu quruculuğu istiqamətində dahi şəxsiyyətin gördüyü böyük işlərdən bəhs olunur. Bu günkü hərbi qüdrətimiz, zabit və əsgərlərimizin Vətən sevgisi, yüksək əhval-ruhiyyəsi ifadə olunur.
Qurbani Abdulla : Heydər Əliyevlə unudulmaz görüşlər
Bu kitab-albom "Heydər Əliyevlə unudulmaz görüşlər" silsiləsindən xalqımızın ümummilli liderinin Naxçıvan qarnizonunun şəxsi heyəti ilə görüşlərinə həsr edilmişdir.
1 - 2 - 3